Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev... VİDEO


Digərləri 31 Mar 2021 18:19:00 130 0

Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev...  VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Milli Qəhrəman, şəhid polkovnik- leytenant Murad Mirzəyevin doğum günüdür.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aprel döyüşlərinin qəhrəmanı 1976-ci ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Milli Qəhrəmanımız Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olub və 1998-ci ildə oranı birinciliklə bitirib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ona qılınc hədiyyə edib.

O, 2016-cı il Aprel döyüşləri zamanı ələ keçirdiyi yüksəkliyi sonuna kimi müdafiə edərək qəhrəmancasına şəhid olub.

Şəhid polkovnik-leytenant 5 dil bilirdi.

M. Mirzəyevdən iki yadigar- Nurlan və Dəniz adlı övladları qalıb.