Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib FOTO


Digərləri 31 Mar 2021 15:04:00 163 0

Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib  FOTO

Vətən müharibəsində şəhid olan hərbçimizin xatirəsi əbədiləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Tuğ kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Kamran Quluzadənin adını əbədiləşdimək üçün şəhidin xatirəsinə bulaq inşa edilib.

Ötən gün bulağın açılışı olub.

Qeyd edək ki, baş leytenant Kamran Quluzadə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı Qüvvələrində zabit kimi hərbi xidmət göstərən Kamran Quluzadə Vətən müharibəsi günlərində Füzuli istiqamətindən başlayaraq döyüşlərdə iştirak edib.