Tramp yaxın həftələrdə ABŞın Meksika ilə sərhədinə getməyi planlaşdırır


Dünya 28 Mar 2021 09:05:00 110 0

Tramp yaxın həftələrdə ABŞın Meksika ilə sərhədinə getməyi planlaşdırır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın həftələrdə ABŞ-ın Meksika ilə sərhədinə getməyi planlaşdırır. D.Tramp ölkə başçı olan müddətində burada hasar çəkməyə başlamışdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Fox News" telekanalına verdiyi müsahibəsində ABŞ-ın keçmiş prezidenti bildirib ki, "sərhəd səfərini lazımlı hesab etmir", lakin "sərhədçilər və ABŞ immiqrasiya və gömrük polisi xatirinə" bunu etməyə hazır olacaq.

Onun sözlərinə görə, səfər "yaxın bir neçə həftə ərzində" baş tuta bilər.