Myanmada sutkada etirazların dağıdılması zamanı 100dən çox insan ölüb


Dünya 28 Mar 2021 08:39:00 146 0

Myanmada sutkada etirazların dağıdılması zamanı 100dən çox insan ölüb

Myanmanın müxtəlif şəhərlərində ötən gün etiraz aksiyaların dağıdılması zamanı ən azı 102 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin yerli nəşri "The Irrawaddy" bildirib.

Bildirilib ki, ölənlər arasında 5 ilə 15 yaş arasındakı dörd uşaq olub.

Nəşr qeyd edib ki, etirazların keçirildiyi müddət ərzində qurbanların ümumi sayı 429-a çatıb.