Azərbaycan neft ixracını artırıb


Digərləri 26 Mar 2021 17:51:00 158 0

Azərbaycan neft ixracını artırıb

Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında 10 265 ton neft bitumu ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə neft bitumunun istehsalı 1,712 milyon dollar təşkil edib.

Yanvar-fevral aylarında Azərbaycan 3 851 milyon dollar məbləğində 64 198 ton neft koksu ixrac edib. Hesabat dövründə neft bitumunun ölkəin ümumi ixracında payı 0,06 faiz, neft koksunun payı isə 0,14 faiz təşkil edib.

2021-ci ilin ilk iki ayı ərzində Azərbaycan 5,694 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. İxracın məbləği ötən ilin ilk iki ayı ilə müqayisədə 25 faiz azalaraq 2,044 milyard dollar təşkil edib.