Marsın yeni görüntüləri yayılıb


Digərləri 26 Mar 2021 19:00:00 154 0

Marsın yeni görüntüləri yayılıb

Çin Milli Kosmik İdarəsi "Tianwen-1" kosmik zondu tərəfindən çəkilən Marsın iki yeni görüntüsünü dərc edib.

Son.az APA-ya istinadən bildirir ki, kadrlarda Qırmızı planetin böyük bir hissəsi kölgədədir, işıqlı yarımkürələr isə aypara formasındadır.

Kosmik İdarə hər iki görüntünün cihazın planetin səthindən 11 min kilometr yüksəklikdə olduğu zaman çəkildiyini bildirir.

Marsın araşdırılması üçün yaradılan Çinin "Tianwen-1" ("Səmaya suallar" kimi tərcümə olunur) missiyasına planetin orbitdə çıxması və fırlanması, enişi və səthindəki hərəkəti əhatə edir. Alimlər Marsın atmosferini, relyefini, geoloji və maqnit sahəsinin xüsusiyyətlərini araşdırmağı planlaşdırırlar ki, bu da planetin yaranmasına və təkamülünə dair bir ipucu əldə etməyə kömək edəcək.