Öd daşlarına qarşı RESEPT 10 xəstəliyin dərmanı


Digərləri 24 Mar 2021 19:04:00 174 0

Öd daşlarına qarşı RESEPT  10 xəstəliyin dərmanı

Sarımsaq və balın ayrı-ayrılıqda sağlamlığa nə dərəcədə faydalı olduğunu bilirik.

Bəs bu iki möcüzəvi məhsulu qarışdırdıqda nələrə faydalı olacağını bilirsinizmi?

Son.az xəbər verir ki, təbii antibiotik olan sarımsağı əzib bala qatmaq məsləhətdir. Çünki sarımsağın tərkibindəki alicin maddəsi əzildiyi zaman və balla qarışdırıldığında təsiri artır. Mütəxəssislər ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsini məsləhət görür.

Sarımsağın faydaları aşağıdakılardır:

- Xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə faydasının olduğu bildirilir.

- Siqaretin yaratdığı mənfi təsirləri azaldır.

- Sarımsaqlı bal sağlam bir qaraciyər və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.

- Xolesterol səviyyəsini azaltmağa və həzm sistemini gücləndirməyə kömək edir.