Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq


Dünya 22 Mar 2021 12:40:00 159 0

Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq

Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizəd Nikol Paşinyan olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır",- o qeyd edib.

Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq, belə ki, hakimiyyət onlara bu fürsəti tanımalıdır.