Gürcüstanın baş naziri azərbaycanlıları təbrik edib


Dünya 21 Mar 2021 13:07:00 162 0

Gürcüstanın baş naziri azərbaycanlıları təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Son.az Trend-ə istinadən bildirir ki, Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib:

"Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı - yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram".