Rusiya Bolqarıstana eyni cavabı verəcək


Dünya 21 Mar 2021 13:16:00 143 0

Rusiya Bolqarıstana eyni cavabı verəcək

Bolqarıstan rus diplomatları qovmaq qərarına gəlsə, Rusiya da onlara eyni cavabı verəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.

Bolqarıstanın ittihamlarının heç bir əsası olmadığını bildirən senator diplomatların qovulma ehtimalını bu ölkənin dostanə olmayan hərəkəti kimi qiymətləndirib.

Qeyd edək ki, Sofiyada Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsindən sonra Bolqarıstan Prezidenti Boyko Borisov Rusiyanın ölkədəki diplomatlarının arzuolunmaz şəxs elan ediləcəyini bildirib.

Son.az