Hindistanda ötən sutka koronavirusa 43 mindən artıq yoluxma qeydə alınıb


Dünya 21 Mar 2021 11:44:00 180 0

Hindistanda ötən sutka koronavirusa 43 mindən artıq yoluxma qeydə alınıb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 43 846 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 11 599 130 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 197 nəfər ölüb, ölənlərin ümumi sayı 159 755 nəfər təşkil edir.

Son.az