Düşmənə ağır zərbələr vurmuş şəhidimiz


Digərləri 18 Mar 2021 10:34:00 162 0

Düşmənə ağır zərbələr vurmuş şəhidimiz

Vətən müharibəsində xüsusi şücaət nümayiş etdirən hərbçilərimizdən biri də Vidadi Xəlilov olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Vidadi Xəlilov 1982-ci ildə Göyçay rayonunda anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə uşaqlıqda arzusunda olduğu Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Vidadi 2003-cü ildə xidmətə Lənkəran rayonunda yerləşən N saylı hərbi hissələrin birində başlayıb. Daha sonra Beyləqan, Füzuli və Cəncədə xidmətini davam etdirib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində əsgərləri ilə bərabər ön xəttdə döyüşlərə qatılıb.

Vidadi Xəlilov torpaqlarımızın azad olunması uğurunda gedən döyüşlərə ilk olaraq Murov dağ isitiqamətində, daha sonra Füzuli, Zəngilan, Qubadlıda  iştirak edərək qəhrəmanlıq göstərib. Yaralı hərbiçilərimizi döyüş meydanlarından çıxararq hospitallara göndərib. Sonuncu dəfə isə oktyabrın 29-da Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olmazdan öncə ailəsi ilə danışan zaman Şuşanın işğaldan azad olunmağına az qaldığını bildiyi üçün orada qurban kəsəçəyini deyibmiş.

Qızı 11 yaşlı Zəhranı isə həkim kimi görmək olub şəhidimizin arzusu.

Vidadi Xəlilov Zəngilanın, Qubadlının, Laçının azad olunmasına görə, "İgidliyə görə" və "Vətən uğurunda" medalları ilə təltif edilib.