Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı


Dünya 17 Mar 2021 12:56:00 143 0

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  382 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 067, ölənlərin sayı isə 3 665 nəfərə çatıb.

Virusa yoluxanlardan 269 006 nəfərin sağaldığı bildirilir.