Banqladeşdə koronavirus xəstəxanasında yanğın olub:


Dünya 17 Mar 2021 11:38:41 130 0

Banqladeşdə koronavirus xəstəxanasında yanğın olub:

Banqladeşin paytaxtı Dəkkədə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

Qeyd olunur ki, yanğın xəstəxananın reanimasiya şöbəsindıə yüksək təzyiqli oksigen balonunun partlaması nəticəsində baş verib.

Reanimasiyada ümumilikdə 14 xəstə olub. Xəstələr digər şöbədən təxliyə olunarkən 3 nəfər həyatını itirib.