71 yaşlı sərxoş sürücü maşını piyadaların üstünə sürdü:


Dünya 16 Mar 2021 09:38:00 117 0

71 yaşlı sərxoş sürücü maşını piyadaların üstünə sürdü:

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində 71 yaşlı sürücü idarə etdiyi maşını piyadaların üstünə sürüb. 

APA "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində piyadalardan 3-ü ölüb, 9-u yaralanıb.

Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Polisin məlumatına görə, sürücü saxlanılıb, onun sərxoş olduğu müəyyən edilib.