Ermənistanda daha 486 nəfər koronavirusa yoluxdu


Dünya 14 Mar 2021 13:30:00 126 0

Ermənistanda daha  486 nəfər koronavirusa yoluxdu

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 178 385 nəfərə çatıb.

APA-nın "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində 486 daha nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255  nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 837 nəfərə yüksəlib.