Norveç ölkəyə girişlə bağlı məhdudiyyətlərin müddətini aprelin 7dək uzadır


Dünya 13 Mar 2021 23:10:00 133 0

Norveç ölkəyə girişlə bağlı məhdudiyyətlərin müddətini aprelin 7dək uzadır

Norveç hökumətinin qərarı ilə ölkəyə girişlə bağlı mövcud məhdudiyyətlərin müddəti aprelin 7-dək uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, krallığın hökumətində məhdudiyyətlərin böyük ehtimalla bu tarixdən sonra da uzadılacağı qeyd edilib.

Ölkənin ədliyyə və fövqəladə hallar naziri Monika Muland Osloda keçirilən mətbuat konfransında deyib: "Ölkəyə giriş üçün ciddi məhdudiyyətlər aprelin 7-dən sonra da qüvvədə olacaq. Lakin biz vəziyyəti izləyəcəyik ki, bu tarixədək bir neçə seçilmiş qrup üçün sərhədlərin açılmasının mümkünlüyünü aşkarlayaq".

Xatırladaq ki, Norveç hökumətinin qərarı ilə yanvarın 29-dan yalnız krallığın ərazisinə gəlməyin vacibliyini sübut edən səbəbləri təqdim edən şəxslərin ölkəyə daxil olmasına icazə verilir. Norveç hökumətinin saytında əcnəbilərin bu ölkəyə daxil olmasına imkan verən səbəblərin və peşələrin siyahısı yerləşdirilib.