Maska ağız və diş sağlamlığına təsir edir?


Digərləri 13 Mar 2021 18:00:00 158 0

Maska ağız və diş sağlamlığına təsir edir?

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib.

Son.az Lent.az-a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsinə səbəb ola bilər.

Hubbezoğlu deyib ki, keyfiyyətli və düzgün bir maska seçmək ağız və diş sağlamlığı üçün vacibdir.

O, tənəffüs yolundan çıxan damcı, öskürmə, asqırma və ya yaxın təmas nəticəsində ağızdan, burundan və ya gözdən girə bilən koronavirusla mübarizə tədbirlərində əsas qoruyucu vasitə olan maskanın səhv istifadəsinin ağız quruluğuna, ağız və dodaq kənarlarında yaralara və göbələklərə, həmçinin virusun yayılmasına səbəb ola biləcəyinə diqqət çəkib.

Maska təmiz deyilsə, ağızda yara yarada bilər

Hubbezoğlu deyib ki, maska istifadəsinin ağız və diş sağlamlığına birbaşa təsiri yoxdur.

"Maska ən doğru şəkildə istifadə edildikdə, heç bir zərər vermir, ancaq xəstələrimizdən və bəzi işçilərimizdən maskaların nəfəs alına bilinməyəcək bir şəkildə istifadə edilməsinə görə ağız və dodaq ətrafında göbələk xəstəliklərinin meydana çıxdığını gördük. Bu səbəbdən tək qat və yaxşı bir maska istifadə etdikdə problem olmayacaq. Maskanı bir neçə dəfə istifadə etmək qorumanı çox az artırır. Bunun əvəzinə yüksək qorumalı maskalara üstünlük verilməlidir. Bir maska mütləq ağızda uzun müddət qalmamalıdır.