Pandemiyada dərinizi bu üsullarla qoruyun


Digərləri 13 Mar 2021 15:15:00 126 0

Pandemiyada dərinizi bu üsullarla qoruyun

Qış dəri üçün təhlükəli fəsil hesab edilir. Özünəməxsus sərtliyi ilə seçilən bu fəsil  soyuq, küləkli və rütubətli havası ilə dəriyə mənfi təsir edir. Xüsusi ilə Covid-19 pandemiyası dövründə, riayət etməli olduğumuz gigiyenik qaydalar, istifadə edilən dezinfeksiyaedici məhlullar, uzun müddət dəyişdirilməyən maskalar dəri sağlığımızı təhlükə altına atır.

Son.az Axşam.az-a istinadən, pandemiya dövründə dəriyə düzgün qulluq qaydalarını təqdim edir:

- Əllərinizi ilıq su ilə yuyun. - Əllərinizi yuduqdan sonra onları vazelin və ya vitamin baryer kremləri ilə nəmləndirin. - Ev şəraitində dezinfeksiyaedici məhlullardan lazım olan zaman istifadə edin. - Ev işləri görərkən mütləq qoruyucu pambıq əlcəklər geyinin. - Yuyucu vasitələrə qoruyucu əlcək geyinmədən toxunmayın. - Stressdən çəkinin. - Sağlam pəhrizə diqqət yetirin: "Fast-food" yeməklərinə üstünlük verməyin. - Çay və kofeni nadir hallarda için. - Maskanızı hər 3 saatda bir dəyişdirin, hər gün parça maskanızı yuyun. - Alkoqol tərkibli toniklərdən və odekolonlardan istifadə etməyin.

Son.az