Məşhur həkimdən qəribə resept:


Digərləri 13 Mar 2021 15:30:00 155 0

Məşhur həkimdən qəribə resept:

Həkim və teleaparıcı Aleksandr Myasnikov ikinci tip şəkərli diabetə meylli insanların hansı qidalardan istifadə etməli olduqlarını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim xəstəliyin yaranmasında əsas amillər kimi genetika, yaş və artıq çəkini göstərib. Ancaq bu zaman təkcə bədənin ümumi çəkisini deyil, piylərin bölünmə payını da nəzərə almaq lazımdır. Mütəxəssis deyir ki, qarında piyin çox olması o deməkdir ki, insulinə qarşı həssaslıq yoxdur. 

Uşaqlar doğularkən onların çəkiləri də vacib əhəmiyyət kəsb edir - çünki vaxtından əvvəl doğulan körpələr gələcəkdə diabetə meylli olurlar. Ancaq bu halda da düzgün qidalanma xəstəliyin qarşısını ala bilər. 

"Gündə bir qədəh qırmızı şərab, dörd fincan qəhvə və bir stəkan süd diabet riskini azalda bilər", - Myasnikov "Rossiya-1"in efirində deyib.