Avstraliyanın keçmiş maliyyə naziri İƏİTnin yeni baş katibi olacaq


Dünya 13 Mar 2021 07:55:00 136 0

Avstraliyanın keçmiş maliyyə naziri İƏİTnin yeni baş katibi olacaq

Avstraliyanın keçmiş maliyyə naziri Matias Kormann İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi seçilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın seçim komitəsi bildirib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə göndərilən seçim komitəsinin yekun hesabatında bildirilib ki, Matias Korman 1 İyun 2021-dən başlayaraq 5 il müddətinə təyin olunub.

Daha əvvəl İƏİT məşvərətin beşinci raundundan sonra seçim komissiyasının son səsverməyə çıxan iki namizədi arasındakı lideri təyin edə bilmədiyini bildirmişdi.