Sarkisyan xəstəxanaya yerləşdirildi


Dünya 12 Mar 2021 19:14:00 179 0

Sarkisyan xəstəxanaya yerləşdirildi

Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armeniya"ya onun köməkçisi Asmik Petrosyan bildirib.

Sarkisyan Yerevandakı "Astxik" tibb mərkəzində müalicə olunur. Petrosyanın sözlərinə görə, prezidentin səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və o, bu səbəbdən klinikaya yerləşdirilib.

Qeyd edək ki, Armen Sarkisyana bu ilin yanvarında koronavirus diaqnozu qoyulub. O, Londonda müalicə olunub və fevralın 8-də Ermənistana qayıdıb.

Sabah Sarkisyanın baş nazir, parlamentin fraksiya rəhbərləri və müxalifətçilərlə görüşü olacaqdı. 

Son.az