Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı


Digərləri 10 Mar 2021 12:12:00 109 0

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Son.az APA-ya istinadən bildirir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.