Qazilərə mühərrikli təkərli oturacaqlar verilir FOTO


Digərləri 10 Mar 2021 11:42:18 128 0

Qazilərə mühərrikli təkərli oturacaqlar verilir  FOTO

Vətən Müharibəsində yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərinə mühərrikli təkərli oturacaqların təqdimetmə tədrisində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq. Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.

C.Əbdül-Qədirov əlavə edib ki, yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

Agentlik sədri Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı geniş miqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.