Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


Digərləri 10 Mar 2021 11:36:26 134 0

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 9-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.