Baş Prokurorluq şagirdlərin intiharı ilə bağlı məlumat yaydı


Digərləri 10 Mar 2021 09:56:00 118 0

Baş Prokurorluq şagirdlərin intiharı ilə bağlı məlumat yaydı

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.

Son.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.