128,7 hektar ərazi minalardan təmizlənib


Digərləri 09 Mar 2021 16:34:00 101 0

128,7 hektar ərazi minalardan təmizlənib

Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları üzrə ümumilikdə 128,7 hektar ərazi yoxlanılıb.

Son.az unikal.org-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2020-ci il ərzində düşmənin hərbi təcavüzünə məruz qalmış və işğaldan azad edilmiş ərazilərdə (eyni zamanda strateji əhəmiyyətli neft-qaz kəmərlərinin və elektrik stansiyalarının yaxınlığında), habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.