Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir


Dünya 09 Mar 2021 14:09:47 113 0

Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir

Yerevanda bir qrup sakin Ermənistan Prezidenti Armen Sarkisyanın iqamətgahı qarşısnda aksiya keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, etirazçılar prezidentdən Baş nazir Nikol Paşinyanın addımları ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etməsini tələb edir.

Qeyd edək ki, ötən ayın sonunda N.Paşinyan Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etdiyini elan etmiş, bununla bağlı təqdimatı prezidentə göndərmişdi. A.Sarkisyan isə iki dəfə təqdim olunan istefa müraciətini imzalamayıb.

Qanuna uyğun olaraq, martın 9-u istefa qərarı ilə bağlı Konstitusiya məhkəməsinə müraciət üçün son gün hesab olunur. Müraciət olunmayacağı təqdirdə O.Qasparyan vəzifədənn ayrılacaq.