Ermənistanda gündəlik yoluxma sayı yenidən 500ü ötdü


Dünya 06 Mar 2021 17:07:00 136 0

Ermənistanda gündəlik yoluxma sayı yenidən 500ü ötdü

Ermənistanda son sutkada daha 508 nəfər COVID-19-a yoluxub.

Son.az virtualaz.org-a istiandən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 174 257-yə çatıb. Bununla yanaşı ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 219-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 824 nəfərdir.

İndiyədək 164 654 pasiyent infeksiyadan sağalıb.