Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub


Digərləri 01 Mar 2021 17:10:00 129 0

Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub

Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam etdirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən Son.az-a verilən məlumata görə, indiyə qədər rayon üzrə 3 094 nəfər koronavirusa qarşı vaksin olunub:

"Onlardan 571 nəfəri artıq ikinci dozanı qəbul edib. Peyvənd olunanlardan 1 382 nəfəri tibb işçisi, 1 712 nəfəri isə 50 yaşdan yuxarı insanlardır. Ümumilikdə, ilkin mərhələ üçün xəstəxanaya 4 766 vaksin verilib. Onlardan 1 666-sı qalıb".