Serial ulduzu koronavirusa yoluxdu,


Digərləri 01 Mar 2021 16:12:00 137 0

Serial ulduzu koronavirusa yoluxdu,

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" serialının ulduzu Selin Yeninci koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işində "Saniye" obrazını canlandıran aktrisanın "COVID-19" testinin nəticələri pozitiv çıxıb.

Ev şəraitində müalicə olunan S. Yenincinin vəziyyəti ağırlaşıb. Uzun müddət virusdan sağala bilməyən 33 yaşlı aktrisa təcili olaraq xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.