Qalxanvari vəzi və hormonal pozuntunun ƏLAMƏTLƏRİ


Digərləri 28 Fev 2021 23:39:00 75 0

Qalxanvari vəzi və hormonal pozuntunun ƏLAMƏTLƏRİ

Əgər siz səbəbsiz yerə həddən artıq kökəlib və ya arıqlayırsınızsa, əzələlərdə ağrılar varsa, yorğunluq, fikir dağınıqlığı, yaddaşsızlıq başlayıbsa, qarında köp və ishal varsa çox güman ki, sizdə qalxanabənzər vəzinin işində ciddi pozulmalar var.

Çünki qalxanabənzər vəz və hormonlar bütün orqanizm və metobolizmə böyük təsir edir.

Son.az xəbər verir ki, qalxanabənzər vəzinin 2 pozğunluğu var: Hipertireoz və hipotireoz.

Hipertireoz - qalxanabənzər vəzin lazım olduğundan çox hormon sintez etməsidir.

Hipotireozda isə hormonların miqdarı az olur.

Ən əsas simptomlar:

Yuxu pozğunluğu, yorğunluq, əzginlik, bütün günü yatmaq istəyən, uzun müddət yatıb, amma yenə yuxudan əzgin oyanan adamlarda Hipoterioz var.

Çətinliklə yuxuya getmək, yataqda gərginlik və səbəbsiz narahatlıqla vurnuxan adamlarda da bu xəstəlik var.

Əsəbilik və beyin pozulmaları:

Hiper pozğunluqda həyəcan, panik atak, diqqət və yaddaş pozğunluğu artır və həmin şəxslər əsəbdən müalicə alsalar da, effekt vermir.

Mədə-bağırsaq pozulmaları:

Hipotireozlu xəstələr qəbizlik, köp, həzm pozğunluğu, diareya və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkirlər.

Əzələ və oynaqlar:

Əgər tez-tez qəfildən əl-ayaqda uyuşma, keyləşmə, ağrılar, qıcolmalar, əzələ və oynaqlarda iltihab, zəiflik, bərkimə, ağrı hiss edirsinizsə, deməli hormonların azlığından şübhələnmək vaxtıdır. Əlinizdə boşluq, əşyanı tuta bilməmək, pilləkan çıxanda çətinlik yaranıbsa, Hipertireozdan yoxlanın.

Qadınlarda menstrual pozğunluq:

Hormon defisiti olan qadınlar ağrılı, güclü və ağır menstrual tsikl keçirir. Hiperteriozlar isə zəif, az, qısamüddətli və gecikmələrlə keçirir.

Saç və dəri problemləri:

Əgər saçlarınız getdikcə quruyursa, qırılırsa, incəlirsə, cansızdırsa, deməli hormonal disbalans var. Dəriniz quru, dırnaqlarınız çatlayırsa, qabıqlanma varsa hipotireozdur. Hipertireozda isə saçlar tökülür.

Bədənin ümumi hərarəti:

Əl-ayaqlarınız üşüyürsə, soyuqdursa, müntəzəm titrətmə keçirirsinizsə, bədən hərarəti 36 dərəcədən aşağı olursa, sizdə Hipotireozdur.

Əgər qışda belə istilik hiss edirsinizsə, güclü tərləmə varsa, Hipertireozdur.

Arterial təzyiq:

Hipotireozlar - yüksək təzyiqdən əziyyət çəkir. Hipertireozlar isə qarışıqdır: sistolik təzyiq yüksək, diastolik isə aşağı olur.

Boğazda dəyişiklik:

Ən geniş yayılmış simptomdur: vəzlərin şişkinliyi və səsin dəyişməsi

Qalxanvari vəz xəstəlikləri ilə endokrinoloq məşğul olur. Qalxanvari vəz UZİ olunmalı, daha sonra hormonların analizi verilməlidir. /medicina.az

Tramp ABŞda yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək like
  • 28 Fev 23:16  
Dünya Tramp ABŞda yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp medianın iddialarına baxmayaraq, öl

arrow Ətraflı
Beynin "zibillərdən" təmizlənməsi üçün nə etməli? like
  • 28 Fev 23:06  
Digərləri Beynin "zibillərdən" təmizlənməsi üçün nə etməli?

Başınıza, həyatınıza gələn bütün xəstəliklər, bədbəxt hadisələr

arrow Ətraflı
Almalı su: şəfa sirri  Hazırlanma qaydası like
  • 28 Fev 22:56  
Digərləri Almalı su: şəfa sirri Hazırlanma qaydası

İnsan orqanizmi hər gün 2 litrə yaxın su qəbul etməlidir. Adi suyu içmə

arrow Ətraflı
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində like
  • 28 Fev 22:51  
Siyasət Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində

İspaniyanın "EFE" informasiya agentliyi "İlham Əliyev bildird

arrow Ətraflı
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib like
  • 28 Fev 22:49  
Siyasət Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri

arrow Ətraflı
Səhər yeməyi üçün ən pis qidalar  Sağlamlığa ziyanlı like
  • 28 Fev 22:35  
Digərləri Səhər yeməyi üçün ən pis qidalar Sağlamlığa ziyanlı

Deyirlər, yaxşı gün və sağlamlıq səhər yeməyindən başlayır. Elə ad

arrow Ətraflı