Ürəyi məhv edən yağ


Digərləri 28 Fev 2021 22:15:00 154 0

Ürəyi məhv edən yağ

"Transyağlar" sözünü hardasa eşitmisiz. Görməmisiz, çünki satışda üzərində "transyağ" yazısı olan yağ satılmır. Aldığınız qidaların, fast-fudun, bir çox ərzaq və şirniyyatların etiketində bu söz yazılmır.

Gənc qadınlarda hamiləlik dövründə damarlar tutulur, varikoz, tromboz, gənc kişilərdə ayaqlarda, ürəkdə əsas damarların tutulması, infarkt, uşaqlarda qan pozulması, nevroloji xəstəlikər, ürək-damar problemləri - hamısı damar tıxanmasının nəticəsidir. Damarlar xolesterin, yağlı kirəclərlə daralır. Mütəxəssislər əhalidə kütləvi şəkildə damar tutulmasının səbəbini qidalanmada və yağlarda görür.

Bu yağların başında isə trans yağlar gəlir. Transyağ nədir, necə alınır, niyə təhlükəlidir.

Son.az bu transyağların təsiri barədə araşdırmanı təqdim edir:

Nədir transyağ?

Transyağ - süni yolla alınan modifikasiya olunmuş molekuldur, bu molekul marqarin və rafinə olunmuş yağların tərkibində olur. Hər bir tərkibində rafinə olunmuş yağ və marqarin olan qida məhsulunun içində bu molekul yaranır: hazır yeməklər, restoran qidaları, fast fud, yarımfabrikatlar, tortlar, konfetlər, şokoladlar, şirniyyatlar, xəmir məmulatları...

Hər şey insanlığın yağa tələbatının artması və qida sənayesinin bunu ucuz yolla ödəməsinin mümkün olmamasından sonra başladı. İşbazlar, sənaye nəhəngləri müasir, daha sərfəli, guya tərkibi yaxşılaşdırılmış bitki yağları istehsal etməyə başladılar, bu yağlar daha uzun müddət saxlanıla bilirdi.

Son olaraq trans yağlar - doymamış yağ növü icad edildi.

İlk belə yağın üzərində 1911-ci ildə işlər gedib. Belə yağ tərkibli ilk qidalar ABŞ bazarlarında aktiv satılırdı.

Müasir qida industiyası bütövlükdə trans yağların üzərində qurulub: o, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur.

Dünya Səhiyyə Təşkilatı neçə illərdir bu yağların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılmasını tövsiyə edir, lakin heç bir qida nəhəngi buna məhəl qoymur.

Transyağları insan orqanizmi həll etmir, qan onu daşıya bilmir, qaraciyər tanımır, damarlarda çöküntü yaradır. Ona görə neçə kilometrlərlə uzanan və bütün orqanları qan və oksigenlə təmin edən arteriyalar, venalar, hətta kapilyarlar da transyağların əsirinə çevrilir.

Transyağların orqanizmə sübut olunmuş zərərləri:

- İmmuniteti zəiflədir

- Süd verən qadınlarda südü azaldır

- Kişilərdə testosterini zəiflədir

- Ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarları tutur

- Görməni zəiflədir

- Piylənmə, diabet

- Stresə davamlılığı azaldır

Süfrəmizdəki transyağlar

Məsələ təkcə marqarindən uzaq durmaqla bitmir. Bu siyahı çox uzundur və gündəlik qidamızda istər-istəməz var.

Siyahı ilə tanış olun:

- Keyfiyyətsiz, ucuz kərə yağı, buterbrod üçün yağlar, rafinə olunmuş bütün bitki yağları

- Ağ un məmulatları, ağ çörək

- Früterdə bişirilmiş bütün fast fud növləri, kartof-fri

- Südlü şokolad

- Dondurma