Model kimsəsiz uşaqlara yardım etdi


Digərləri 28 Fev 2021 19:00:00 132 0

Model kimsəsiz uşaqlara yardım etdi

Model Naomi Kempbell xeyirxah addım atıb.

Son.az axşam.az-a istinadən bildirir ki, model jurnalların birinə verdiyi müsahibəsi zamanı kimsəsiz uşaqlara külli miqdarda yardım etdiyini açıqlayıb.

"Kenyada olan zaman işlərim çox olur. Hazırda koronavirus səbəbilə izolyasiya qaydalarına əməl edirəm. Lakin bununla yanaşı kimsəsiz uşaqları da unutmadım. Onlara əlimdən gələn qədər yardım edirəm . Kasıb ailələrin də əlindən tuturam, onlara da maddi və mənəvi dəstək olmağa çalışıram. İstəyirəm ki, onlar daha yoxsulluqdan əziyyət çəkməsinlər".