Neslihandan səhhəti ilə bağlı açıqlama


Digərləri 28 Fev 2021 18:22:00 166 0

Neslihandan səhhəti ilə bağlı açıqlama

Səhhətində problemlər yarandığı üçün bir müddət əvvəl "Sefirin kızı" serialından ayrılan aktrisa Neslihan Atagül kameralara tuş gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa Zekeriyaköydə apteklərdən birindən çıxarkən görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Neslihan səhhəti ilə bağlı açıqlama verib:

"Artıq daha yaxşıyam. Sağalıram. Məni yormayan işlər görməyə çalışıram. Yanımda olub dəstək olan hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, aktrisa bağırsaq sindromundan əziyyət çəkir.