Dağıstanda polis maşını qəzaya uğradı:


Dünya 28 Fev 2021 15:58:00 112 0

Dağıstanda polis maşını qəzaya uğradı:

Dağıstanda sudaşıyan avtomobil polis maşını ilə toqquşub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən məlumat verilib.

Qəza Buynakski bölgəsinin Atlanaul kəndi yaxınlığında qeydə alınıb. İki polis əməkdaşı ölüb, bir polis və qəzaya səbəb olan sürücü xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər.