Qarabağın minalanmış əraziləri


Digərləri 26 Fev 2021 13:04:00 165 0

Qarabağın minalanmış əraziləri

Rusiya KİV: Ermənistan əbəs yerə yüz milyonlarla dollar xərcləyib

Son.az Real TV-yə istinadən bildirir ki, Qarabağ müharibəsinin başa çatmasından artıq 4 aya yaxındır ki, vaxt keçib. Müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin hücumlarını dayandırmaq iqtidarında olmayan Ermənistan ağır şərtlər altında atəşkəs bəyannaməsi imzalamağa məcbur oldu. Həmin vaxtdan etibarən regionda atəşkəs rejimi hökm sürür.

Lakin silahların sussa da, münaqişə zonasında hərbçilərin və mülki şəxlərin ölüm halları davam edir.

Buna səbəb isə Qarabağın, demək olar ki, hər tərəfində minalanmış ərazilərin olmasıdır.

Atəşkəs bəyanatından sonra minaya düşərək ölən insanların sayı artıq 50-ə çatıb. Onların arasında rusiyalı sülhməramlı hərbçi də var.

İndi praktiki olaraq Qarabağın bütün bölgəsində minadan təmizləmə işləri gedir. Prosesə Azərbaycan hərbçiləri ilə yanaşı, Rusiya və türkiyəli istehkamçılar da cəlb edilib.

Azərbaycanın nəzarəti altına keçən ərazilərdə minalama işləri hələ birinci Qarabağ müharibəsi dövründən aparılıb.

Minadan təmizlənmə uzunmüddətli və resurs tələb edən bir prosesdir. Atəşkəsdən sonra bu istiqamətdə görülən işlər nəticəsində 27 kvadrat kilometr ərazi minadan təmizlənib. Bu ərazilərdə 40 min ədəd partlamamış mina tapılıb. Həmin sursatın ümumi dəyəri 3 milyon dollara çatır.