Üz dərisinə düzgün ve təbii qulluq qaydaları


Digərləri 25 Fev 2021 20:45:00 131 0

Üz dərisinə düzgün ve təbii qulluq qaydaları

Şirinbiyan kökündə müalicəvi xüsusiyyətlər haqqında. Bir çox xəstəliyin müalicəsi üçün antik dövrlərdən bəri şirinbiyan kökü müalicə məqsədilə istifadə edilsə də, 1990-cı illərin əvvəlində yapon alimləri şirinbiyan kökünün tərkibində olan qlabridin adlı maddənin UVA (ultrabənövşəyi) şüalarını uda və dəri ağardıcı maddə kimi istifadə edildiyini sübut ediblər. Dəri baxım məhsullarına əlavə edilən şirinbiyan kökü dəridəki tünd ləkələrlə mübarizə aparır, dərini sakitləşdirir və qırmızılığı azaldır. Üzdə qırışa görə - 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkilir. Qarışdırdıqdan sonra 15-20 dəqiqə uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.

Yağlı dəri üçün - 1 xörək qaşığı un, 1 xörək qaşığı smetan, 1 çay qaşığı soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.

Sifəti dartan krem (maska) - yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.

Ağardıcı maska - 2 qaşıq bal və 4 qaşıq un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.

Əllərə qulluq - 1 xörək qaşığı badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilib bir az saxlanılır. Saxlandıqdan sonra əllər yuyulmalıdır.