Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub


Dünya 25 Fev 2021 20:03:00 126 0

Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda rolu, İrəvandakı vəziyyət, həmçinin ortaq maraq doğuran məsələlər barədə müzakirə aparıblar.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.