NATO Baş katibi Zelenski ilə danışdı


Dünya 25 Fev 2021 18:55:00 149 0

NATO Baş katibi Zelenski ilə danışdı

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

"NATO-nun qapısının Ukrayna üçün açıq olduğunu NATO Baş katibi Yens Stoltenberqdən eşitməyimə şad oldum. Şəxsən sizin və müttəfiqlərin bizim NATO-ya üzv olmaq istəyimizə dəstək verdiyiniz üçün minnətdaram. Biz müdafiə sektorumuzun inkişafı ilə bağlı islahatlara ciddi yanaşırıq. NATO ilə əməkdaşlıq Ukrayna üçün son dərəcə vacibdir. Blokun standartlarına riayət etmək, praktiki təcrübə mübadiləsi, strateji tərəfdaşlıq və dostluq əlaqələrini inkişaf etdirəcək ordumuzu gücləndiririk", - deyə Vladimir Zelenski qeyd edib.