Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək


Digərləri 25 Fev 2021 19:17:00 100 0

Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası bu həftəsonu yenə fəaliyyətdə olacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

O qeyd edib ki, 27-28 fevral tarixlərində saat 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı) - Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı) - Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A