Paşinyan əhalinin qarşısına çıxdı: “Ölkədən qaçmayacağam”


Dünya 25 Fev 2021 14:45:37 115 0

Paşinyan əhalinin qarşısına çıxdı: “Ölkədən qaçmayacağam”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Son.az qazet.az-a istinadən xəbər verir ki, hökumət başçısı hərbi çevrilişin qarşısının alındığını açıqlayıb.

""Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik. Müxtəlif şayiələr yayıblar ki, təyyarə hazırlayırıq, qaçacağıq. Mən və ailəm Ermənistandayıq. Əmin olun".

Baş nazir daxili toqquşmaların yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan daxilində heç bir münaqişə ola bilməz.