Bank Respublika 2019 2020ci illərdə keçirdiyi layihələr üzrə "Ən fəal bank" mükafatını qazandı!


Digərləri 25 Fev 2021 14:15:00 148 0

Bank Respublika 2019  2020ci illərdə keçirdiyi layihələr üzrə "Ən fəal bank" mükafatını qazandı!

19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA)  Onlayn formatda baş tutan Ümumi Yığıncağında "Bankçılıq Mükafatları-2019 - 2020" adlı tədbiri də baş tutmuşdur.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2019 - 2020-ci illərdə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Həmçinin, ABA-ya üzv banklar tərəfindən hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi istiqamətində çoxsaylı işlər görülmüş və  tədbirlər həyata keçirilmişdir. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən, eləcə də yeni innovativ bank məhsulları təklif edən Bank Respublika, iştirak etdiyi bütün nominasiylar üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb: