Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır


Dünya 24 Fev 2021 21:07:00 137 0

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin hökuməti koronavirusun yeni mutasiyalarının yayılması ilə əlaqədar tətbiq olunan milli izolyasiya tədbirlərindən tədricən imtina etmək niyyətindədir.

Məhdudiyyətlərin ləğvinə dair tam fəaliyyət planı çərşənbə günü acıqlanacaq.

Danimarka Baş naziri xanım Mette Frederiksen özünün "Facebook" səhifəsində vurğulayıb ki, infeksiyaların sayının azalması fonunda ekspertlər yekdilliklə hesab edirlər ki, hazırkı şəraitdə sürətli və tam "açıq cəmiyyət" yaratmaq mümkün deyil. Hökumət başçısının fikrincə əvvəlki həyata qayıtmaq qismən mümkündür və bəzi məhdudiyyətlər regional əsaslarla ləğv edilə bilər.

Danimarka hökuməti məhz bu səbəbdən yuxarı sinif şagirdlərinin məktəbə getməsini tövsiyə edən yerli ekspertlərlə birgə işləyir. Bundan başqa, Danimarka hökuməti, mağazaların tədricən açılması, idman və mədəni tədbirlərin açıq havada keçirilməsinə icazə verilməsi ilə bağlı planların detallarını da işləyib hazırlayıb.