Bakıda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb


Digərləri 24 Fev 2021 08:56:00 112 0

Bakıda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib, nəticədə 7 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.

Yolun buz bağlaması 4 avtomobilin toqquşmasına səbəb olub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.