İsraildə koronavirusa daha 4 329 yoluxma qeydə alınıb
Dünya 24 Fev 2021 08:17:00 107 0
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 329 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 758 810 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 712 002 nəfəri sağalıb, 5 631 nəfəri isə vəfat edib.
Mənbə: milli.az