Bakıda qadını avtomobil vurub


Digərləri 23 Fev 2021 22:28:00 159 0

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonun yaşlı qadını avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

1958-ci il təvəllüdlü Məmmədova Adilə Qəzənfər qızı yaşadığı evdən çıxıb yolun əks tərəfinə keçən zaman onu minik avtomobili vurub.

Yaralı bel fəqərələrinin əziyi və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.