Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb?


Dünya 23 Fev 2021 15:43:00 146 0

Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb?

Ermənistanın Mülki Aviasiya Komitəsi "Boeing 737" təyyarəsinin qaçırılması barədə məlumatları yoxlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Komitənin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Ermənistan baş nazirinin sabiq müşaviri Akom Çaqaryan fevralın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Komitəsindən Ermənistan qeydiyyat nömrəli "Boeing"in qaçırılması barədə teleqram aldığını bildirib.

Teleqramda qeyd edilib ki, Estoniyadan Yerevana gəlməli olan təyyarənin istiqaməti BƏƏ-yə dəyişdirilib. Amma təyyarə BƏƏ-yə çatmadan Tehranda eniş edib.