Restoranlarla bağlı deputatdan təklif


Digərləri 23 Fev 2021 13:04:23 140 0

Restoranlarla bağlı deputatdan təklif

Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və eyni adamlar çalışır. S.Möhbalıyev vurğulayıb ki, həmin iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.