"Daft Punk" qrupu dağıldı


Digərləri 23 Fev 2021 10:56:00 140 0

"Daft Punk" qrupu dağıldı

1993-cü ildən fəaliyyət göstərən dünyaca məşhur fransız qrupu "Daft Punk" dağılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə elektron musiqi duetinin üzvləri Qay-Manuel de Homem-Cristo və Tomas Banqalter məlumat verib.

İkili ayrılıq və gələcək karyeraları barədə isə heç bir açıqlama verməyib.

Qeyd edək ki, robot kostyumlarındakı çıxışları ilə məşhurlaşan Tomas və Manuel "Harder Better Faster Stronger", "Get Lucky" kimi hitlərin müəllifidir.